Uzun müddətdən bəri Argentinada yaşayan Hastinqs Erkül Puaro ilə görüşmək üçün İngiltərəyə gedir. Ancaq Puaro da Argentinaya hazırlaşır, çünki orada ona istintaq aparmaq üçün yaxşı qonorar təklif ediblər. O, Hastinqsə istintaqın hansısa “Böyük Dördlük” ilə əlaqədar olduğunu xəbər verir. Ancaq gözlənilməz bir hadisə Puaronun səfərini yarımçıq qoyur… Puaro və Hastinqs İngiltərədə çinlilər barədə ən çox məlumatı olan adamın yanına gedirlər. Onlar “Böyük Dördlüyün” beyin mərkəzi olan Li Çanq Yen haqda hər şeyi öyrənmək istəyirlər. Puaro və Hastinqs müəmmalı hadisələr burulğanına düşür, dəfələrlə ölümlə üz-üzə gəlirlər. Cinayətkarlar Hastinqsi aldadaraq, arvadını oğurladıqlarını deyirlər və onu girov saxlayıb, Puaronu aradan götürmək istəyirlər. Romanda Erkül Puaronun əkiz qardaşı Axil Puaro surətinə də rast gəlinir, amma sonradan məlum olur ki, bu adam elə Erkül Puaronun özüdür.
                
                
                                            
                            Müəllif Aqata Kristi
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun Nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 2000052697966
                        
                                            
                            Yaş kateqoriyası 16+