Bir-birinin ardınca intihar halları baş verir. Hamı bütün bunları bədbəxt hadisə kimi dəyərləndirir. Bircə məşhur detektiv Erkül Puaro heç nəyin təsadüfi olmadığını bilir. Lakin bu dəfə o, doğrudan da, ideal qatilə rast gəlir. Həm də səhhətində problemlər var. Əlil arabasına məhkum olunub. Puaro ömrünün payızında son işinin öhdəsindən gələ biləcəkmi? Bu, müəllifin “Erkül Puaro” silsiləsindən yazdığı son kitabdır. Əsəri yazıçı uzun müddət nəşr etdirməmişdir. Hadisələr Puaro haqda yazılan ilk roman – “Staylzdakı müəmmalı qətl”in cərəyan etdiyi məkanda baş verir. Erkül Puaro Staylzda yenidən sadiq dostu Artur Hastinqslə birlikdədir.
                
                
                                            
                            Müəllif Aqata Kristi
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun Nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952382822
                        
                                            
                            Yaş kateqoriyası 16+