Charles Dickens-in 1860-1861-ci illərdə həftəlik qəzetdə serial-roman kimi çap olunmuş Böyük Ümidlər əsəri Pip adlı bir gəncin dövlət və şöhrətə gedən həyat yolundan bəhs edir. Romanın qəhrəmanı gələcəyə böyük ümidlərlə baxsa da, ümidləri boşa çıxır, çünki o, acizanə şəkildə taleyinə təslim olur. Romanı oxuyarkən XIX əsrin sənaye İngiltərəsinin acınacaqlı həyatı ilə də tanış ola biləcəksiniz. Əsərin ilkin versiyasında roman qəmgin sonluqla bitsə də, müəllif oxucuların xatirinə ona son bir cümlə əlavə edərək xoşbəxt notlara kökləyir. Bu isə dövrün bir çox yazıçılarının qınağına səbəb olur.
                
                
                                            
                            Müəllif Çarlz Dikkenz
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952367515
                        
                                            
                            Yaş kateqoriyası 16+