Polşa pianoçusu və bəstəkarı, simfonik əsərlərin və minə qədər mahnı musiqisinin müəllifi Vladislav Şpilmanın (1911-2000) qələmə aldığı “Pianoçu” əsərində müəllifin II Dünya müharibəsi illərindəki yaşantıları əksini tapıb. Müharibədən əvvəl Varşava radiosunda çalışan Şpilman ailəsi ilə birlikdə gettoya köçürülür. 1942-ci ildə o, atası və bacısı ilə birlikdə fiziki əməyə yararsız olduğuna görə Treblinka ölüm düşərgəsinə göndərilməli idi. Qatar yola düşmək ərəfəsində yəhudi polislərdən biri Şpilmanı xilasedir. O, müharibənin sonuna qədər gizlənərək yaşayır. Varşava üsyanının, gettonun məhvinin, şəhərin necə dağıdılmasının şahidi olur və müharibədən sonra xatirələri əsasında memuarlarını yazır. “Pianoçu” ilk dəfə 1946-cı ildə nəşr olunur. 2002-ci ildə rejissor Roman Polanski kitabın əsasında “Pianoçu” filmini çəkir. “Pianoçu” kitabı indiyədək 38 dilə tərcümə olunub.
                
                
                                            
                            Müəllif Vladislav Şpilman
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Altun kitab
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952243789
                        
                                            
                            Yaş kateqoriyası 16+