Təsvir
Məşhur türk yazıçısı, jurnalist və ictimai xadim. İstanbulda, tanınmış şair İsmayıl Safanın ailəsində dünyaya gəlib. Hələ on bir yaşında yazdığı “Piano müəlliməsi” povesti ilə ədəbi həyata qədəm qoyub və ömrünün sonunadək qələmindən ayrılmayıb. Müəllif cumhuriyyət dövrü türk ədəbiyyatında “Doqquzuncu cərrahiyyə şöbəsi”, “Madmazel Noraliyanın kreslosu” və “Yalnızıq” kimi psixoloji əsərləri ilə məşhurlaşıb. Onun “Fateh-Hərbiyyə” və “Doqquzuncu cərrahiyyə şöbəsi” əsərləri Türkiyədə Təhsil Nazirliyinin orta məktəb şagirdlərinə tövsiyə etdiyi 100 əsas əsər siyahısına daxil edilib. İlk nəşrindən etibarən müəllifin ən çox bəyənilən və çap olunan əsərinə çevrilmiş “Doqquzuncu cərrahiyyə şöbəsi” romanı psixoloji elementlərin ən çox işləndiyi əsərlərdəndir. Uşaqlıqda əziyyət çəkdiyi sümük vərəmi xəstəliyindən dostu Nazim Hikmətə bəhs edən Peyami Safa onun təşviqi ilə yaşadıqlarını avtobioqrafik ünsürlərlə zəngin olan bu romanda qələmə alıb.
Xüsusiyyətlər
ISBN 9789952558043
Yaş kateqoriyası 0+