Məhsulların və/və ya qablaşdırmanın görünüşü istehsalçı tərəfindən dəyişdirilə bilər və Ay Bazar-də təsvir olunanlardan fərqli ola bilər.
9 ₼
Stokda yoxdur
Təsvir
"Mənim adım Nucuddur. Yəmənin ucqar kəndində anadan olmuşam. On yaşım var - ən azından, anam belə düşünür. Bizim ölkəmizdə kəndlilərin pasportu olmadığından heç kim yaşını dəqiq bilmir. Doqquz yaşım olanda yaşca məndən üç dəfə böyük kişiyə zorla ərə verildim. Həyatım zorakılıq və döyülmə çarxına çevrildi. Sonra bir səhər qərar verdim ki, daha bəsdir – evdən çörək almaq üçün çıxdım və kiminsə mənim əhvalatımı dinləyəcəyinə ümid edərək məhkəməyə getdim." 10 yaşlı balaca Nucudun böyük mübarizəsi ilə tanış olmaq üçün bu kitabı oxuyun. Bu kitab çirkin adətlərə qarşı çıxmağa cürət etmiş azyaşlı qızın böyük faciəsindən və həm də böyük, mübariz ruhundan bəhd edir. Fransanın məşhur “Le Figaro” qəzetinin müxbiri, “Albert Londr” mükafatının sahibi Delfin Minui on yaşlı sadəlövh, lakin son dərəcə cəsur qızın mübarizəsini qəhrəmanın dilindən avtobioqrafik əsər kimi qələmə alır. Bu kitabda Nucud başına gələnləri öz uşaq dilində, ürəkparçalayan səmimiliklə nəql edir. Onun üçün hazırlanmış taleyin ziddinə getməyə cəsarət tapmış Nucud Əlinin qələbəsi itirilmiş uşaqlığını geri qaytarmasa da, zorla ərə verilmiş minlərlə gənc qıza ümid bəxş edir.
Xüsusiyyətlər
ISBN9789952558104
Yaş kateqoriyası0+
Məhsulun rəyləri və reytinqi
0
İlk rəy yazan siz olun
Sizin fikriniz önəmlidir — digər alıcılara qərar verməkdə kömək edir