Norma Restarik adlı gənc qız tanınmış detektiv Erkül Puaronun məsləhətini almaq üçün ona müraciət edir. O, Puaroda özü haqda əsəbi, müvazinətsiz və qorxaq xanım təəssüratı yaradıb. Ona elə gəlir ki, adam öldürüb. Lakin o, nə qurbanın adını, nə qətlin hallarını, nə də hadisə yerini xatırlaya bilir. Zərrələrlə lazımi məlumatları yığarkən, qızın həyat şərtləri ilə və ətrafdakı adamlarla tanış olan, hadisələrin məntiqli xəttini quran Erkül Puaro... qətl axtarır. Qız günahkardırmı, məsumdurmu, yoxsa dəlidirmi? Puaronun bu suallara cavab tapmağı üçün sağlam faktlara ehtiyacı var…
                
                
                                            
                            Müəllif Aqata Kristi
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun Nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952381214
                        
                                            
                            Yaş kateqoriyası 16+