Aqata Kristi məşhur İngiltərə yazıçısı, detektiv janrının kraliçasıdır. Onun əsərləri dünyanın 100-dən çox dilinə tərcümə olunub. Bəşəriyyət tarixində əsərləri ən çox çap olunan yazıçıdır. Aqata Kristinin 60 detektiv romanı, 6 psixoloji romanı, 19 hekayə almanaxı çap olunub, 16 pyesi London səhnələrində tamaşaya qoyulub. Həmin məşhur əsərlərin sırasında “Vadi” (ing. Hollow) detektiv romanı da hadisələrin qurulmasına, obrazların fərqliliyinə görə yazıçının yaradıcılığında olduqca önəmli yer tutur. Bu əsər ilk dəfə 1946-cı ildə Britaniyada “Collins Crime Club” nəşriyyatında, eyni zamanda da ABŞ-ın “Dodd, Mead and Company” nəşriyyatında çap olunub. Bu roman da Aqata Kristinin Erkül Puaro haqqında olan əsərləri seriyasındandır.
                
                
                                            
                            Müəllif Aqata Kristi
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952366235
                        
                                            
                            Yaş kateqoriyası 16+