Təsvir
Conatan Braynda kəskin serebral iflic var, bu xəstəlik öz iradəsi ilə hərəkətinə, yaxud nitqinə imkan vermir. İllər boyu öz fikirlərinə, xəyallarına qapanıb qalsa da, ətraf aləmdən xəbərdar olub, lakin onunla tam ünsiyyət qura bilməyib. Nəhayət, o, gözlərinin baxışı və hərəkəti ilə tək-tək hərfləri seçib yazmaq üsulu tapıb. Bu üsulla öz fikirlərini çatdırmağa başlayıb.
Danışmağı və yaxud ünsiyyət qurmağı bacarmamağın nə olduğunu təsəvvür edə bilərsiniz? Səssizlik, tənhalıq, ağrı. Beyninizdə, ruhunuzda sehrli aləmlərə uçub gedirsiniz, əslində isə çox vaxt təcrid vəziyyətində, otağın bir küncündə həbsdə qalırsınız. Susqun-susqun gözləyirsiniz, həsrət çəkirsiniz, ümid edirsiniz. O vaxta qədər ki, kimsə sizin potensialınızı üzə çıxarır, sanki sizin qabiliyyətinizin açarını kəşf edir, azadlığınız addım-addım yaxınlaşır. Axır ki, siz azadsınız, açıq səmada vəhşi quş kimi uçursunuz. Səssizlərin səsi eşidilir. Bax bu mənəm və bu mənim hekayəmdir.
Xüsusiyyətlər
Müəllif Conatan Brayn
Nəşriyyat 3 Alma
Dil azərbaycan dili
ISBN 9789952540543
Yaş kateqoriyası 0+