Böyük fransız yazıçısı Viktor Hüqo bir çox şeirlər, pyeslər və nəsr əsərləri yazmışdır. Onun ən məşhur əsərləri isə “Səfillər” və “Paris Notr – Dam kilsəsi” romanlarıdır. Hüqonun atası Napoleon ordusunun general olmuşdur. Balaca Viktorun uşaqlığı atası ilə birlikdə Marseldə, Korsikada, Elbada, İtaliya və İspaniyanın müxtəlif şəhərlərində keçmişdir. Bu, onun dünyagörüşünə böyük təsir göstərmişdir. Böyük ədibin əsərləri Azərbaycan dilinə XIX əsrin sonlarından etibarən tərcümə olunmağa başlamışdır.
                
                
                                            
                            Müəllif Viktor Hüqo
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Altun kitab
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952240504
                        
                                            
                            Yaş kateqoriyası 6+