“Maya və ifritənin büllur ürəyi” fantastik nağılından sonra müəllifin eyni janrda yazdığı “Maya və beşbaşlı ilan”ın da qəhrəmanı balaca Mayadır. Kitabda elflərin batalıq ifritəsinin tilsimindən xilas olunmasında onlarla birgə mübarizə aparan balaca Mayanın həyatı evlərinə qayıtdıqdan sonra dəyişir, sehrli hadisələr bir-birini əvəz edir. O, bu dəfə pərilər aləmində beşbaşlı ilanın təbiəti məhv etməsinin qarşısını almaq üçün onlara yardım edir. Bir zamanlar pəri olmuş beşbaşlı ilanın timsalında şərlə mübarizə aparır. Balaca Maya bunu bacaracaqmı? Kitabı oxuduqda bu suala cavab tapacaqsınız.
                
                
                                            
                            Müəllif Günel İmran
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952384000
                        
                                            
                            Yaş kateqoriyası 16+