AZ
Azərbaycanca
English
Русский
+994 55 897-74-13
Gündəlik: 10:00-dan 20:00-a qədər

Adsız tablo | Elxan Elatlı

Seçilmişlərə əlavə et
Adsız tablo | Elxan Elatlı
Məhsul haqqında qısaca
ISBN: 9789952563108
Təsvirə keçin

Məhsulun kodu: 2304

6 ₼
Azərbaycanın hər yerinə çatdırılma
Qəbul məntəqələrindən götürmə
Stokda yoxdur
Məhsul bitdi
Məhsulların və/və ya qablaşdırmanın görünüşü istehsalçı tərəfindən dəyişdirilə bilər və Ay Bazar-də təsvir olunanlardan fərqli ola bilər.
Adsız tablo | Elxan Elatlı
6 ₼
Stokda yoxdur
Təsvir
İstedadlı gənc rəssam Fəxri Muradlı öz mənzilində balta ilə qətlə yetirilir. Bütün şübhələr üzbəüz mənzildə yaşayan Cəfərə yönəlir. Cəfər həbs olunur. Çoxu bu fi kirdədir ki, o, arvadı Əsmərlə Fəxrinin gizli sevgi macərasından xəbər tutub və qonşusunu qısqanclıq zəminində öldürüb. Namusuna atılmış böhtanın əzabını yaşayan Əsmər isə naçar qalıb məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıya müraciət edir. Qadının istəyi budur ki, məşhur xəfiyyə baş verənləri araşdırıb onun adını bu iyrənc ləkədən təmizləsin. Üç gün sonra xaricə uçmalı olan Qasımlı namuslu bir qadının çarəsiz durumuna laqeyd qala bilmir. Amma qatilin xeyrinə işləyən bəzi təsadüfi məqamlar onun açılmasına mane olur. Türkmənistandan köçüb Bakıya gələn, Fəxrinin emalatxanasına ayaq açan açıqsaçıq geyimli qonşu qızı Nurlanə... Türkiyədən Bakıya qayıdan naməlum professor... Mərhum rəssamın hamıdan gizlətdiyi son sirli əsəri... Bütün bunlar kələfə dönüb qətlin üstünü açmağa əngəl törədir. Üstəlik, xəfi yyənin elə də çox vaxtı yoxdur. Amma o, təmiz bir qadın olan Əsmərin adını namus ləkəsindən təmizləməyi qət edir və təhqiqata da rəssamın mənzilindən yox, emalatxanasından başlayır. Qasımlı qatili yox, itən tablonu axtarmağa üstünlük verir. Rəsm əsərini tapıb onun qarşısında dayananda isə sarsılır. Rəssam öz qatilini də, qətl anını da o tabloda aydın göstərmişdi...
Xüsusiyyətlər
ISBN 9789952563108
Yaş kateqoriyası 0+
Məhsulun rəyləri və reytinqi
0
Məhsul səbətə əlavə edildi
Ana səhifə
Kataloq
Səbət
Seçilmişlər
Kabinet