Bu məmulat “nüvə çamadanı” adlanır, daha doğrusu isə məhdud təsir radiuslu nüvə maddəsi. Bir sözlə, son dərəcə məxfi və təhlükəli  silahdır.
İndi fövqəladə bir hadisə baş verib – iki belə bir “çamadan” yoxa çıxıb, onları oğurlayan adamlar isə olduqca qəribə şəkildə həlak olub. İtkini nəyin bahasına olursa-olsun tapmaq – Rusiyanın bütün xüsusi xidmət orqanlarına verilən əmr məhz bu cürdür.
Cinayət aləminin liderləri və terrorçular da bu təhlükəli “oyuncağı”  ələ keçirmək niyyətindədir.
Lakin axtarışlar heç bir nəticə vermədiyi üçün xüsusi xidmət orqanları bu istintaqa ekspert-analitik Dronqonu da cəlb etmək məcburiyyətində qalırlar. İndi tapşırıq olduqca çətindir: Paris kimi bir yerdə – silah məhz orada üzə çıxmışdır – kiçik bir bombanı necə axtarıb tapmalı?
                
                
                                            
                            Müəllif Çingiz Abdullayev
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952382211
                        
                                            
                            Yaş kateqoriyası 16+