“Dəniz canavarı” Cek Londonun ən oxunaqlı romanlarından biridir. Müəllif uşaq vaxtlarından dənizi sevdiyi üçün mənzərələri sənətkarlıqla təsvir edib, buradakı təhlükəli anları təbii şəkildə qələmə alıb. Əsərin əsas qəhrəmanı Canavar Larsen dəniz pişiyi ovu ilə məşğul olan “Kabus” yelkənli gəminin kapitanıdır, o, yalnız özünün fiziki gücünə arxalanır, mərhəmətin nə olduğunu bilmir, heyvan xislətli, kobud bir dənizçidir. İnsan öldürmək onun üçün heç nədir, heç kimi bağışlamır, tətbiq etdiyi cəzaları insanları öldürməklə sona yetirir. Əsər həm də onunla mübarizə aparmaq məcburiyyətində qalan gənc alimlər Hemfri Van-Veyden və Mod Brüsterin möhkəm iradələrindən bəhs edir.
                
                
                                            
                            Müəllif Cek London
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952369670
                        
                                            
                            Yaş kateqoriyası 16+