The appearance of products and/or packaging may be changed by the manufacturer and may differ from those depicted on Ay Bazar.
6 ₼
Out of stock
Description
Məşhur belçikalı xəfiyyə Puaro köhnə tanışı detektiv yazar Ariadna Oliverin çağırışı ilə səhnələşdirilmiş bir cinayət oyununu izləmək üçün Devondakı tarixi malikanəyə gedir. Hazırlıqlar zamanı yazıçı hiss edir ki, bu oyun həqiqi bir cinayət üçün alət ola bilər. Bu səbəbdən Puaronu köməyə çağırır. Yazıçının şübhələri özünü doğruldur və qurban rolunu oynamağa seçilmiş qız öldürülür. Puaro Ariadna Oliverin quruluş verdiyi oyunun süni ipucları arasından həqiqi ipuclarını ayırd etmək üçün yorulmadan səy göstərir. “Masadakı kartlar” kitabında olduğu kimi Aqata Kristinin bu iki məşhur obrazı əvvəldən axıradək cinayətin açılmasında iştirak edir. Ariadna Oliverin obrazında öz prototipini yaradan Aqata sevimli qəhrəmanının möhtəşəm intuisiyası ilə bu dəfə də oxucularını məmnun edir.