AZ
Azərbaycanca
English
Русский
AZ
Azərbaycanca
English
Русский
Catalog

İki Başlı Əjdaha | Fəxrəddin Qasımoğlu

Add to favorites
Report
İki Başlı Əjdaha | Fəxrəddin Qasımoğlu
Briefly about the product
ISBN: 9789952574241
Go to description

Product code: 1004

6 ₼
Delivery throughout Azerbaijan
Pickup from pick-up points
Out of stock
The appearance of products and/or packaging may be changed by the manufacturer and may differ from those depicted on Ay Bazar.
İki Başlı Əjdaha | Fəxrəddin Qasımoğlu
6 ₼
Out of stock
Description
Hörmətli oxucu! Güman edirəm ki, bundan əvvəl nəşr olunan «Son gecə» və «On ikiyə işləmiş» adlı detektiv janrında yazılmış romanlarımla tanışsınız. Bunu ona görə yada salıram ki, hazırda sizlərə təqdim etdiyim bu roman da eyni janrda olmaqla həmin seriyadandır və istefada olan polis mayoru Bəxtiyar Nəzərlinin cəlb olunduğu növbəti əməliyyatdan bəhs edir. Yalnız bir fərqlə: Bu əməliyyat onun bundan əvvəl keçirdiyi əməliyyatlara bənzəmir və «tam məxfiləşdirilmişdir». Bəri başdan deyim ki, əsərdəki hadisələr təxəyyül məhsuludur və real hadisələrlə heç bir əlaqəsi yoxdur. Əvvəlki romanlarımla tanış olmayan oxucular üçün bildirirəm ki, bu əsəri də həm əvvəlkilərin davamı, həm də ayrıca bir əsər kimi maraqla oxumaq olar. Roman «Vətən Müharibəsi» dövründə polis əməkdaşlarının arxa cəbhədə, paytaxt Bakıya yerləşdirilmiş «görünməyən» düşmənlərlə mübarizəsindən bəhs edir. Bundan əvvəlki kitabı tamamlayarkən qarşıma məqsəd qoymuşdum ki, növbəti kitabımda mütləq bu mövzuya toxunum: Həm arxa cəbhənin əsgərləri olan polis əməkdaşlarının həmin ağır, keşməkeşli günlərdəki, heç də şəhərdə qurulmuş stasionar postlarla məhdudlaşmayan fəaliyyətini daha dolğun göstərmiş olum, həm də bu müharibəni nə vaxtsa yalnız arxiv materiallarından görəcək gələcək nəsillərə Azərbaycan insanının bu günlərdə necə bir Vətən sevgisi nümayiş etdirdiyini, hansı sevinci və kədəri yaşadığını mümkün qədər real hiss etdirə biləcək bir əsər ortaya qoyum. Romandakı cinayətin açılması üsulları sizə qəribə gəlməsin. Üsullar müxtəlifdir. Hər bir cinayətə spesifikasına görə fərqli yanaşma tərzi var. Pafossuz deyirəm ki, əsərdə yersiz şişirtməyə yol verməmişəm. Bilin ki, cinayətlər elə belə də açılır. Cani mütləq kiçik də olsa bir iz buraxır həmişə. Bəlkə də bir tüklə, hətta iynənin ucu ilə müqayisə oluna biləcək bu kiçik səhvi peşəkar əməliyyatçılar gec-tez aşkar edir və cinayəti açırlar. Ancaq bunun üçün bəzən günlər, bəzən isə aylarla davam edən gərgin iş, yuxusuz gecələr tələb olunur. Mən bəzi cinayətkarların «peşəkarlığını» heç vaxt danmamışam. Sadəcə belələrini ağıllı, lakin Allahın onlara verdiyi ağıl və bacarığı pis işlərə yönəldənlər adlandırıram. Rəqibi həmişə düzgün qiymətləndirmək lazımdır. Bəzən onların hazırlayıb həyata keçirdikləri cinayətlər elə başsındıran labirintlərdən keçir ki, onların açılması polis əməkdaşlarından ikiqat peşəkarlıq tələb edir. Bu əsəri yazmağa məni sövq edən ikinci səbəbə də azca toxunum: Əsrlər boyu xalqımıza qarşı yönəlmiş erməni terroru, qətliamlar, soyqırımları bizim «Qan yaddaşımız»dır. Bu «Qan yaddaşı»nı yaşatmaq və gələcək nəsillərə ötürmək hamımızın borcudur. Düşünürəm ki, hər bir vətəndaşımız əlindən gələn qədər bu işə öz töhfəsini verməlidir. Qoy lap etdiyi bir zərrə qədər olsun. Damlalardan dənizlər yarandığı kimi, zərrələr də bir yerə toplananda böyük gücə çevrilər. İlanın başını əzəndən sonra hələ uzun müddət quyruğu tərpənir. Düşmənimiz də zəhərli ilandır. Başını əzmişik, amma hələ də quyruğunu tərpədib suyu bulandırır. Ona görə də hamımız daim ayıq-sayıq, hər birimiz Vətənin bir əsgəri olmalıyıq: Rəssam yaratdığı tablolarda, həkim sağlamlığımızın, polis asayişimizin keşiyində, tələbə elmində, müəllim öz müqəddəs peşəsində… Bu siyahını çox uzatmaq olar. Əsas olan «Vətən» deyəndə hamının bir nöqtəyə vurmasıdır. Atalarımız nahaq yerə deməyiblər ki, - El gücü, sel gücü. Və biz bunun bariz nümunəsini yaxın keçmişdə bütün dünyaya nümayiş etdirdik. Deyilən söz bəzən unudulur, yazılan isə qalır. Polis zabiti olaraq, qoy yazmış olduğum bu roman da «Qan yaddaşımız»ı gələcək nəsillər üçün yaşatmağa xidmət edən həmin zərrələrdən biri olsun. Xoş mütaliələr.
Characteristics
ISBN 9789952574241
Age category 0+
Similar products
Review and ratings of the product
0
Be the first to leave a review
Your opinion matters — it helps other customers make a decision faster
Report product
Choose complaint type
Copyright violation
Information mismatch
The product added to cart
Sign In or Sign Up to continue
Main page
Catalog
Cart
Favorites
Cabinet