Məhsulların və/və ya qablaşdırmanın görünüşü istehsalçı tərəfindən dəyişdirilə bilər və Ay Bazar-də təsvir olunanlardan fərqli ola bilər.
11 ₼
Stokda yoxdur
Təsvir
“40 tədqiqat” əsəri insan davranışları, bu mövzuda olan psixoloji araşdırmaların inkişafı və onların elm aləminə töhfəsi ilə maraqlanan ən geniş oxucu çevrəsi üçün nəzərdə tutulub. Elmi məzmuna və eyni zamanda sürükləyici təhkiyəyə malik olan bu əsər psixoloji mövzuda qələmə alınmış ən unikal araşdırmalardan hesab edilir. Psixologiya elmini sarsıtmış ən məşhur tədqiqatlar arasında uğurla seçim edən Rocer R. Hok öz bənzərsiz üslubu, zərif, aydın və lakonik təhkiyəsi ilə bu eksperimentlərin sirlərini oxucuya açıqlayır. Bu kitaba orijinal əsərdə yer alan ən çox əks-səda doğurmuş tədqiqatlar daxil edilmişdir. Bir çox mövcud təsəvvürləri alt-üst edərək çoxsaylı layihələr və yeni araşdırmalar üçün zəmin yaratmış bu tədqiqatlar hər zaman akademik müzakirələrin ən aktual mövzusudur. Psixologiya elmi ilə tanış olmaq üçün sadəcə bir kitab oxumaq fürsətiniz varsa, məhz bu kitabı seçməlisiniz.
Xüsusiyyətlər
ISBN9789952837490
Yaş kateqoriyası0+
Məhsulun rəyləri və reytinqi
0
İlk rəy yazan siz olun
Sizin fikriniz önəmlidir — digər alıcılara qərar verməkdə kömək edir