Öz həyatını mənalandırmağı və onu gündəlik həyatda tapmağı bacaran insan xoşbəxtdir. Gündoğan ölkənin əksər sakinlərinin uzunömürlülüyü və məmnunluğu üçün məsul olan yapon prinsipi Ikigai məhz bundan ibarətdir. Yazıçı Bettina Lemke öz kitabında Ikigai fəlsəfəsinin təməl prinsiplərindən danışır, bir sıra tapşırıq və təcrübələr təklif edir. Onların köməyi ilə özünüzə bələd ola, ürəyinizi dinləməyi və Ikigai-ınızı tapmağı öyrənə bilərsiniz. Müəllifin həssas və ruhlandırıcı rəhbərliyi altında, bir çox nümunələr əsasında və ilhamverici meditativ üsullarla uşaqlığın xoş arzularını xatırlayın, üstün tutduğunuz kitabları, bədii nümunələri təhlil edin, ən cəsarətli xəyallarınıza doğru yol alın. Kitabın əsas hissəsi təcrübidir. Siz hər tapşırığın yerinə yetirilməsi üçün dəqiq təlimatlar, həmçinin qeydləriniz üçün boş yer alacaqsınız.
                
                
                                            
                            Müəllif Bettina Lemke
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 2000167468086
                        
                                            
                            Yaş kateqoriyası 16+