Təsvir
İnsan sevgi, ailə, din, siyasət, əyləncə, təhsil, karyera, pul, azadlıq və s. ilə ünsiyyətdə həyatın məqsədini öyrənməyə çalışır. Əsl bilgi isə şərtlərin diktəsinə boyun əymək deyil, əxz etdiklərimizlə daxili harmoniya yaratmaqdır. Bununla içimizdəki şiddəti yox edib, ətrafımızı və dünyanı dəyişdirmək mərtəbəsinə yüksələ bilirik. Kitab insanın öz daxili “mən”i ilə qovuşması haqqındadır. Həyata dair rəngarəng mövzular dinləyicilərin Krişnamurtiyə ünvanladığı suallara verilən cavablar əsasında işıqlandırılır. 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi. Keçirdiyi görüşlərdə, insanlarla arasında qurduğu bağlılıqlarda insanları hansısa bir dinə çəkməmişdir. Milliyyətçilik, dindarlıq hisslərindən qurtulmağa, yalnız insan olaraq qalmağa səsləyirdi insanları. Məsih adı verilsə də bunu heç bir zaman qəbul etməmişdir. Bütün dünyada geniş dinləyici kütləsinə sahib olmasına baxmayaraq ətrafındakı insanlar tərəfindən yaradılmış olan təşkilatı dağıtmışdır, çünki heç bir zaman kiminsə ağası olmaq istəməmiş, hər bir fərdin həqiqətə yalnız özünü dərk etmək ilə çatacağını və bu iş də heç bir kənar şəxsin müdaxiləsi olmaması lazım gəldiyini bildirmişdir. Ömrünün sonuna kimi insanlar arasında olmuş, onlarla ünsiyyət qurmuşdur. Və ölümünə az qalmış bütün bu keçirdiyi görüşlərdəki fikirlərini kitab halına salmışdır. “Həqiqət keçilməz bir səddir”, “Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. Həqiqətsizsiz; etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir.” kimi fikirlərini hər zaman söyləmişdir. 1986-cı il fevralın 17-də Kaliforniya ştatının Ojai şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişmişdir.
Xüsusiyyətlər
ISBN 9789952380743
Yaş kateqoriyası 0+