Təsvir
Ayağınızdan yapışan o balaca əllər, hədəqəsindən çıxmış gözlər, titrəyən dodaqlar və nəhayət, qorxudan, təşvişdən xəbər verən göz yaşları. Bütün valideynlər dəfələrlə bu halın şahidi olublar. Onun quş kimi çırpınan balaca ürəyini sakitləşdirmək istəsək də, doğru yolun hansı olduğunu bilmədiyimizə görə ağlımızdan min sual keçir: Sakitləşdirmək? Qorumaq? Müzakirə etmək? Çətinliklərlə üzləşməsinə imkan vermək, müqavimət göstərməyə təşviq etmək? Bu cür reaksiyaların səbəbi nədir? Nə üçün bəzi uşaqlar digərləri ilə müqayisədə daha çox qorxurlar, yaxud təşvişə daha çox meyillidirlər? Valideyn olaraq onlara necə kömək etmək olar? Gördüyünüz kitabın hədəfi bütün bu suallara cavab tapmaqdır. Kitab təkcə nəzəri biliklər verməklə kifayətlənməyib övladınızın özünəinamını gücləndirmək, qorxu və təşvişinin öhdəsindən gəlmək üçün onunla birlikdə yerinə yetirə biləcəyiniz sadə tapşırıqlar da təklif edir.
Xüsusiyyətlər
ISBN 9789952558180
Yaş kateqoriyası 0+