Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: - A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayi Zal cavab verərdi: - Arvad, sən hökumətin ləzzətini anlamırsan, Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
Müəllif Əbdürrəhim bəy Haqverdiyev
Nəşriyyat 3 Alma
Dil azərbaycan dili
ISBN 9789952311907
Yaş kateqoriyası 0+