Yaşadığımız dövrdə bizim üçün bir çox məlumatlar və elmi bilgilər əlçatan olmuşdur. Biz rahatlıqla müxtəlif məlumatları əldə edə və bizdən kilometrlərlə uzaqda baş verən hadisədən qısa zaman çərçivəsində xəbərdar ola bilirik. Bəs, görəsən, bu qədər uzaqda baş verənlərdən xəbərdar olduğumuz kimi, bizə digərlərindən daha yaxın olan özümüzdən xəbərdarıqmı? Ümumiyyətlə, “öz” nədir? İnsanı “öz” edən hansı amildir? Onun “özü” ruhu, bədəni, düşüncələri, nəfsi, yoxsa hiss etdikləridir? Görəsən, insan özünü tanıyırmı? Tanıyırsa, hara kimi tanıyır? Tanımırsa, niyə tanımır? Müəllif kitabda məhz bu mövzudan yola çıxıb oxucunun özüylə tanış olmasına vasitə olacaq.
                
                
                                            
                            Müəllif Hacı Ramil Bədəlov
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Parlaq İmzalar
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 9789952547238
                        
                                            
                            Yaş kateqoriyası 16+