Təsvir
Türkiyəli jurnalıst-yazar, “Babil yanarkən” kitabının həmmüəllifi Yunus Şən bu əsərində bizi 1990-cı illərin Azərbaycanına aparır. “Xəzərin qanı”nda 1990-cı ildən sonra xarici neft şirkətlərinin Azərbaycana gəlişi, böyük dövlətlərin neft uğrunda Azərbaycanda apardığı mübarizə, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin gizli məqamları, Bakı-Ceyhan neft kəmərinin ərsəyə gəlməsi, I Qarabağ müharibəsinin iç məqamları və s. bir-birindən maraqlı tarixi faktlar haqqında danışılır. Kitab Türkiyənin lX prezidenti Süleyman Dəmirəlin şəxsi arxivindən istifadə etməklə və dövrün tanınmış ictimai-siyasi simaları ilə müəllifin apardığı müsahibələr, eyni zamanda şəxsən şahid olduğu mühüm hadisələr əsasında hazırlanıb.
Xüsusiyyətlər
ISBN 9789952846720
Yaş kateqoriyası 0+