Fransalı cərrah və bioloq, Nobel mükafatı laureatı Aleksis Karrel belə deyirdi: “Dua insanları elə inkişaf etdirir ki, irsiyyət və mühitin onların əyninə tikdiyi libas onlara dar gəlir. Allahla görüş onların içini sakitlik və aramlıqla doldurur. Belə ki, bu sakitliyin parıltısı onların üzlərindən görünür və hara getsələr, onu özləri ilə aparırlar”. Dua ilahi səltənətə açılan bir qapıdır. Həmçinin Allahın öz bəndəsinə kiçik vəhyidir. Yaradanı ilə ən məhrəm, səmimi söhbət anıdır. Duanı ülviləşdirən, onu göyə ucaldan da məhz bu amildir. Çox sadə görünən duanın, əslində, şərtləri və tələbləri var. İnsan nə üçün dua etməlidir? Duanın əhəmiyyəti nədir? Kimin duası qəbul olur? Dua qəbul olunmursa, bunun səbəbləri nədir? Hacı Ramil Bədəlov “Duanın sirri” adlı kitabında bu suallara cavab axtarmağa çalışır.
Müəllif Hacı Ramil Bədəlov
Kitab növü çap olunmuş kitab
Nəşriyyat Parlaq İmzalar
Cild yumşaq
Dil azərbaycan dili
ISBN 9789952525946
Yaş kateqoriyası 16+