Bu kitabda görkəmli uşaq yazıçısı Z.Xəlilin üç hekayə-nağılı verilmişdir. Qara Maya hekayəsi ilk dəfə bu kitabda işıq üzü görür. Hekayələrdə təbiətə, heyvanlara sonsuz sevgi duyulur. Bu sevgi Zahid Xəlilin uşaqlıq xatirələri və yazıçı təxəyyülünün vəhdətində çox gözəl təqdim edilir. Onun əsərləri adicə nağıl deyil, həm də gözəl ideyaya, fəlsəfəyə malikdir. Onu məşhur uşaq yazıçıları ilə - Canni Rodari ilə, bəzi əsərlərinə görə Astrid Lindqrenlə müqayisə etmək olar. Uşaqlar onun əsərlərini oxumaqla həm zövq alacaq, həm də faydalı məziyyətlər öyrənəcəklər.
Характеристики
ISBN9789952492545
Возрастная категория0+
Внешний вид товаров и/или упаковки может быть изменён изготовителем и отличаться от изображенных на Ay Bazar.