Çatdırılma və ödəmə

Tez-tez verilən suallar

Sifariş2

Sifarişimin statusunu necə izləyim?
“Sifarişlərim” bölməsində sifarişin cari statusu görünür:
Emal edilir → Toplandı → Yolda → Çatdırıldı → Alındı
Əsas mərhələlərdə sizə e-poçt da göndərilir.
Sifarişdə bir neçə satıcı varsa, nə olur?
Hər satıcının məhsulu ayrıca bağlama kimi gələ bilər. Məntəqəyə hamısı çatdıqda sizə xəbər veririk.

Ödəniş5

Sifarişi necə ödəyirəm?
Ödəniş yalnız onlayn bank kartı (Visa, Mastercard) ilə, saytda həyata keçirilir. Nağd ödəniş yoxdur.
Sifarişi hissə-hissə (taksitlə) və ya kreditlə ödəmək olarmı?
Hazırda yox — yalnız bank kartı ilə birdəfəlik ödəniş mümkündür.
Ödənişə nə qədər vaxtım var?
Sifariş verdikdən sonra 30 dəqiqə. Bu vaxt ərzində ödənilməyən sifariş avtomatik ləğv olunur — yenidən sifariş verə bilərsiniz.
Kartımı yadda saxlaya bilərəmmi?
Bəli. Ödəniş zamanı “kartı yadda saxla” seçin; növbəti dəfə bir kliklə ödəyə bilərsiniz. Kartları “Kartlarım” bölməsində silmək olar.
Ödəniş keçmədi, nə etməli?
“Sifarişlərim” bölməsində “Ödə” düyməsi yeni link verəcək. Pul çıxıbsa, avtomatik geri qaytarılır.

Çatdırılma3

Çatdırılma nə qədər çəkir?
Bakı daxilində kuryerlə 1–3 gün, təhvil məntəqəsinə 2–3 gün.
Çatdırılma pulsuzdurmu?
Kuryer çatdırılması 49 ₼ və yuxarı sifarişlərdə pulsuzdur, qalan hallarda 3 ₼. Məntəqəyə çatdırılma haqqı məntəqədən asılıdır və sifariş zamanı göstərilir.
Məntəqədə sifarişi necə alıram?
Sifariş nömrəsini və ya telefon nömrənizi deyin, məntəqə işçisi bağlamanı təqdim edəcək.

Qaytarma6

Məhsulu nə vaxta qədər qaytara bilərəm?
Çatdırılmadan sonra 14 gün ərzində. Məhsul saz vəziyyətdə olmalıdır.
Sifarişdə bir neçə məhsul var, yalnız birini qaytara bilərəmmi?
Bəli. “Sifarişlərim” bölməsində hər məhsulu və miqdarı ayrıca seçmək olar.
Qaytarma sorğusu təsdiqləndikdən sonra məhsulu hara aparım?
Təsdiqdən sonra 7 gün ərzində məhsulu sorğuda seçdiyiniz məntəqəyə aparın. Qaytarma yalnız müəyyən məntəqələrdə qəbul olunur, siyahı sorğunu rəsmiləşdirərkən görünür.
Pul nə vaxt qayıdır?
Məhsul yoxlanıldıqdan sonra 7 iş günü ərzində ödəniş etdiyiniz karta.
Hansı məhsullar qaytarılmır?
İstifadə olunmuş (məsələn, oxunmuş kitab) və vizual vəziyyətini itirmiş məhsullar, uşaq oyuncaqları və qulaqcıqlar.
Məhsul yanlış və ya zədəli gəlibsə, nə etməliyəm?
Bizə dərhal yazın: info@aybazar.com və ya +994 77 629-22-92 (hər gün 10:00–20:00).

Təhlükəsizlik1

Şəxsi və maliyyə məlumatlarım necə qorunur?
Ad, telefon və ünvan kimi şəxsi məlumatlarınız yalnız sifarişin yerinə yetirilməsi üçün istifadə olunur. Kart nömrəniz bizə çatmır: ödəniş təhlükəsiz ödəniş səhifəsində qəbul olunur. Kartı yadda saxlasanız, yalnız maskalanmış nömrə və bitmə tarixi saxlanılır.
Heç nə tapılmadı. Başqa söz yoxlayın.
Sualınızın cavabını tapmadınız?
info@aybazar.com · +994 77 629-22-92 · hər gün 10:00–20:00
Məhsul səbətə əlavə edildi
Məhsulu sifariş et
Davam etmək üçün daxil olun və ya qeydiyyatdan keçin
Ana səhifə
Kataloq
Səbət
Seçilmişlər
Kabinet