Məhsulların və/və ya qablaşdırmanın görünüşü istehsalçı tərəfindən dəyişdirilə bilər və Ay Bazar-də təsvir olunanlardan fərqli ola bilər.
8 ₼
Stokda yoxdur
Təsvir
Ayrılıq da gözəldir. Təsadüfən onu gördüm. Əlim, ayağım, səsim, nəfəsim buz kəsdi. Nə yaman dəyişmişdi, gözlərində yandığım qadın,Nə qədər dəyişmişdi, ölümünə sevdiyim qadın.Donub qalmışdım. “Axı belə olmamalı idi”.Əslində, qəlbimlə ona qaçan mən ayaqlarımla bir addım belə gedə bilməmişdim. Özü gəldi, yaxınlaşdı.– Salam, Nəzrin necəsən?– Salam, gördüyün kimi, sən?Necə ola bilərdim ki? Nəzrin çox çəki itirmişdi. Saçları çox qısalmışdı, deyəsən, heç öz saçları da deyildi. Qışın qış vaxtı qısa qol geyinən qız iyul ayında uzun qol köynək, şalvar və pencək geyinmişdi. Nə deyəcəyimi bilmirdim. Bir az susandan sonra danışmaq qərarına gəldim. – Gəl keçək, oturaq bir kənarda.Oturduq. Gözlərini qaçırırdı məndən. Ürəyi dolu idi, gözləri isə boş.
Xüsusiyyətlər
ISBN9789952566819
Yaş kateqoriyası0+
Məhsulun rəyləri və reytinqi
0
İlk rəy yazan siz olun
Sizin fikriniz önəmlidir — digər alıcılara qərar verməkdə kömək edir