Babilin ən varlı adamı – bu kitab, pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılmışdır. Müəllif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir.Düşünülə bilər ki, axı burada yeni nə var? Yenilik isə ondan ibarətdir ki, o bunu, bütün süjet xəttini Qədim Babil tarixindən keçirdərək edir. Belə ki, Qədim Babil bu gün də aktual qalan əsas maliyyə qanunlarının beşiyi sayılır. Onun qəhrəmanları isə babilli tacirlər, peşə sahibləri, «bankirlər» və qeyriləridir.Kitab sadə dillə yazılıb və olduqca oxunaqlıdır. Bu çox maraqlı bestsellerdə ən təkəbbürlü məqsədlərə çatmağın sirləri, müvəffəqiyyət və zənginliyin açarı gizlidir. Məşhur «Babil əfsanələri» milyonlarla oxucuya uğur və sərvət axtarışına ruhlanmağa kömək edib.
Müəllif Corc Kleyson
Kitab növü çap olunmuş kitab
Nəşriyyat Qanun nəşriyyatı
Cild yumşaq
Dil azərbaycan dili
ISBN 2000923376082
Yaş kateqoriyası 16+