Təsvir
“Doğrular” qəzetinin baş redaktoru Maqsud Qədirli gecə vaxtı polkovnik Qasımlıya zəng edir və onunla görüşmək istədiyini bildirir. Polkovnikdən xahiş edir ki, ertəsi gün səhər onun evinə təşrif buyursun. Jurnalist xəfiyyəyə istədiyi qədər pul verəcəyini də vəd edir. Qasımlı səhər baş redaktorun evinə gəlir və içəridə iki kişi meyiti görür. Bunlar Maqsud Qədirlinin və onun qonşusunun meyitləridir. Maqsud Qədirliyə işgəncə verilib. Bu cinayət işi, bəlkə də, Qasımlını ən çox dolaşdıran işlərdən biridir. Ağlagəlməz hadisələr, bir-biri ilə əlaqəli cinayətlər, böyük adamlar, xəyanət, tamahkarlıq, şəhvət, böyük oyunlar... Bu düyünü açmaq Qasımlı üçün asan olmayacaq. Hətta Qasımlını öldürməyə də çalışacaqlar. Romanda bir vaxtlar həddən artıq kasıb olan, tez bir zamanda məşhurlaşan, uğur pillələri ilə sürətlə qalxan, varlanan gənc müğənni qızın həyat hekayəsi ilə də tanış olacağıq. Onun bu işlə əlaqəsi varmı? Qasımlı qatili və ya qatilləri tapa biləcəkmi? Onları ədalət mühakiməsinə təslim edəcəkmi? Birnəfəsə oxuyacağınız, əlinizdən yerə qoya bilməyəcəyiniz bu romanda bütün bu sualların cavabı var.
Xüsusiyyətlər
ISBN 9789952563535
Yaş kateqoriyası 0+