Məhsulların və/və ya qablaşdırmanın görünüşü istehsalçı tərəfindən dəyişdirilə bilər və Ay Bazar-də təsvir olunanlardan fərqli ola bilər.
7 ₼
Stokda yoxdur
Təsvir
İstedadlı fizik Aqşin Fəridzadə müdafiə sənayesi üçün əhəmiyyətli ixtiralar edir. Elmi işini nə qədər gizlin aparsa da, Fransa kəşfiyyatı bundan xəbər tutur və ixtiraya dair materialları ələ keçirmək üçün özünün ən güclü agentlərindən birini Bakıya göndərir. İxtirasının bütün detallarını özündə əks edən sənədləri bir yaddaş kartına yerləşdirərək etibarlı yerdə gizlədən alim iş barədə dövlət başçısına məlumat verməyə gedərkən yolda oğurlanır. Naməlum şəxslər Fəridzadənin maşınına zorla minərək onu öz istədikləri yerə sürdürürlər. Bu zaman Fəridzadə gizlətdiyi yaddaş kartının yerini müvafiq dövlət orqanlarına necə bildirmək barədə düşünür, nəhayət, öz ölkəsinin xüsusi xidmət orqanlarına şifrəli mesaj ünvanlamağı bacarır. Yoxa çıxmış alimin tapılması Məxfi Şöbənin ən bacarıqlı əməkdaşı, “Leopard” ləqəbli Ələmdar Məlikova tapşırılır. Görəsən, o, gizli “ən yaxın planet” mesajının şifrəsini açıb gizlədilmiş yaddaş kartını tapa və düşmən əlində olan alimi xilas edə biləcəkmi?
Xüsusiyyətlər
ISBN9789952563160
Yaş kateqoriyası0+
Məhsulun rəyləri və reytinqi
0
İlk rəy yazan siz olun
Sizin fikriniz önəmlidir — digər alıcılara qərar verməkdə kömək edir