Aqata Kristinin Buludların üzərində ölüm romanı müəllifin ən maraqlı əsərlərindən biridir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.
                
                
                                            
                            Müəllif Aqata Kristi
                        
                                            
                            Kitab növü çap olunmuş kitab
                        
                                            
                            Nəşriyyat Qanun Nəşriyyatı
                        
                                            
                            Cild yumşaq
                        
                                            
                            Dil azərbaycan dili
                        
                                            
                            ISBN 2000049617960
                        
                                            
                            Yaş kateqoriyası 16+