Təsvir
KİTABIN OXUCUSU: Söz bazasını artıracaq Hər bir hekayənin sonunda həmin hekayədə qara hərflərlə verilmiş çətin sözlərin ingiliscə açıqlamasını və dilimizə tərcüməsini oxumaqla yeni sözlər öyrənəcək, söz bazasını artıracaq; Dinləmə bacarığını inkişaf etdirəcək Hər bir hekayənin audiosunu dinləyərək dinləmə bacarığını inkişaf etdirəcək; Xarici dildə düşünməyi öyrənəcək Tərcüməsiz hekayələri oxuyaraq onu anlamağa çalışacaq, beynini ingiliscə düşünməyə vadar edəcək. Əlavə olaraq kitabın sonunda verilmiş qarşılıqlı tərcüməli əsərlərlə müvəffəqiyyət faizini ölçə biləcək; Zövqlə oxuyacaq Bir çox hekayə oxumaqla yeni əsərlərlə tanış olacaq, eyni zamanda zövqlə xarici dili öyrənəcək. KİTAB HAQQINDA : Kitabda ilk başlanğıcda fərqli əsərlər yer alıb. "The bear and two friends " "The boy and the wolf" "Sinbad and the genie" "The fisherman and his wife" "THE TRUE STORY OF POCAHONTAS " və.sair. Son olaraq oxucunun özünü yoxlamağı üçün iki qarşılıqlı tərcüməli əsər verilib. Kitabın içərisindən: 📜“O, həmişə belə edir,” deyə mənə izah etdi. “Bu, ananın övladının saçını daradıqdan sonra ona çəkdiyi son sığal kimidir. Mən onun bütün bunları o qədər tez-tez düzəltməyini görmüşəm ki, mən də onun etdiyi kimi edə bilərəm. Bunu niyə etdiyimi bilmirəm. Sadəcə edirəm.” O danışdıqca anladım ki, bu otaqda mənim kəşf etməyimi istədiyi bir şey var. Ətrafa baxdım. Nəzərlərim otağın küncünə buxarının yanına çatanda o, gülməyə başladı və əllərini bir-birinə sürtdü. 📜"She always does that," he explained to me. "It is like the finishing pat a mother gives her child's hair after she has brushed it. I have seen her fix all these things so often that I can do it just the way she does. I don't know why I do it. I just do it." As he talked, I realized there was something in this room that he wanted me to discover. I looked around. When my eyes reached the corner of the room near the fireplace he began to laugh and rubbed his hands together.
Xüsusiyyətlər
ISBN 9788518513403
Yaş kateqoriyası 0+