Təsvir
                Roman polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizəsindən, onların istefaya çıxdıqdan sonra da həyatlarını həsr etdikləri bu yolda əqidələrinə sadiq qalaraq mübarizə aparmalarından bəhs edir. Romanın süjet xətti biri otuz il əvvəl, digəri isə yenicə törədilmiş iki qətl hadisəsinin paralel olaraq araşdırılması üzərində qurulub. Əsərin baş qəhrəmanı, mayor rütbəsində istefaya çıxdıqdan sonra fəaliyyətini detektiv kimi davam etdirən peşəkar polis zabiti Bəxtiyar Nəzərlinin bu araşdırmalar zamanı hər iki cinayətin açılması istiqamətində istifadə etdiyi üsullar, düşünürəm ki, oxucu üçün çox maraqlı olacaq. Onun psixoloji və məntiqə söykənən gedişlərinin həm səbəbləri, həm də nəticələri bir çox hallarda əsərin sonunadək oxucu üçün müəmma olaraq qalır ki, bu da əsəri daha maraqlı etməyə xidmət edir.
                
                Xüsusiyyətlər
                
                                            
                            ISBN 9789952554540
                        
                                            
                            Yaş kateqoriyası 0+