Müəllifin "Ağrı mələyi: onun ruhunun dörddə üçü" əsəri Dronqonun çox bacarıqlı bir manyakla əlbəyaxa vuruşmasından əlavə, həm də bir beyin savaşıdır. “Stafford qəssabı” adi cinayətlərlə kifayətlənməyərək artıq xəfiyyələrlə
oynamaq qərarına gəlmişdir.
Budur, o, onlarla qadını öldürən “Stafford Ripper” adlı tutulmaz manyakdır. Onu axtaran, İnterpolun ən yaxşı agentlərini dəf edir. Deyəsən, şeytan özü ona kömək edir, əks halda əfsanəvi ekspert xəfiyyə Dronqonun bu fanatikin pəncəsinə düşməsini necə izah etmək olar?
O, hər dəfə törədəcəyi növbəti cinayətinin vaxtını, yerini əvvəlcədən xəbər verməklə, sanki onları duelə çağırırdı. Burada da Dronqonun çox sevdiyi Luizanı hədəf seçən cani ona meydan oxuyur.
Oxucu yüksək analitik qabiliyyətinə malik olan ekspertlər qrupunun peşəkarcasına işləməsini, xüsusilə də, Dronqonun ağlagəlməz tryuklarını, Luizanın çılğın italyan xarakteri ilə ona qarşı sevgisini daim böyük maraqla izləyir.
Characteristics
AuthorÇingiz Abdullayev
Publishing houseQanun nəşriyyatı
ISBN9789952386530
Age category16+
The appearance of products and/or packaging may be changed by the manufacturer and may differ from those depicted on Ay Bazar.