Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur.Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları "Abituriyent" jurnalının 2020-ci il 2-ci nömrəsində dərc edilmişdir.
Characteristics
ISBN9772223972006
Age category0+
The appearance of products and/or packaging may be changed by the manufacturer and may differ from those depicted on Ay Bazar.